"Qəbələ" onunla müqavilə müddətini artırmaq istəyir

"Qəbələ" mövsümün sonunda bir neçə oyunçu ilə müqavilə müddətini artırmağa çalışacaq.

Newsport.az-ın məlumatına görə, bölgə təmsilçisinin komandada saxlamaq istədiyi oyunçulardan biri Rüfət Əhmədovdur.

Bu komandanın yetirməsi olan və gələcəyinə böyük ümidlər bəslənilən müdafiəçi zədə səbəbindən son vaxtlarda meydana çox çıxa bilməyib.

Amma məşqçilər korpusu onun potensialına güvəndiyi üçün müqavilə müddətini artırmağa çalışacaq.

20 yaşlı futbolçunun “Qəbələ” ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right