"Neftçi" millimizin üzvü üçün hərəkətə keçdi

21 yaşlılardan ibarət Azərbaycan millisinin formasını geyinən Murad Vəliyevin ölkəmizdə oynaması yayda reallaşa bilər.

Newsport.az-ın məlumatına görə, “Neftçi” adıçəkilən futbolçu üçün hərəkətə keçib.

Hazırda Estoniyada “Levadiya” forması geyinən həmyerlimizin komandası ilə müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq.

“Neftçi” 21 yaşlı futbolçunu yayda heyətinə qatmaq istəyir.

Əgər danışıqlar müsbət yekunlaşsa, keçid yayda reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right