“Xəzər Lənkəran”dan ayrılacağımı gözləmirdim, yenə ora qayıdacam"

“Qəbələ”yə keçidim sırf öz istəyimlə baş tutmadı. Hər üç tərəf bu transferə razılıq verdi" 

Newsport.az-ın məlumatına görə, bunu apasport.az-a “Qəbələ”nin bu gün heyətinə cəlb etdiyi Vaqif Cavadov deyib.Yay fasiləsində Türkiyə klubu “Boluspor”dan “Xəzər Lənkəran”a keçən hücumçu orda debüt etmədən “Qəbələ”nin yolunu tutub. Yanvara qədər “qırmızı-qaralar”a icarəyə verilən 26 yaşlı oyunçu keçidinin onun üçün gözlənilməz olduğunu bildirib:

“Son 1-2 gündə “Xəzər Lənkəran” rəhbərliyinə “Qəbələ” tərəfindən müraciət olub. Klublar öz aralarında görüşüb anlaşıblar. Elə mən də bu komandaya keçmək istəyirdim. Açığı, bu təklif mənim üçün gözlənilməz oldu. Çünki “Xəzər Lənkəran”da güclü heyət formalaşmışdı. Ora öyrəşmişdim. Artıq növbəti oyun barədə düşünürdük. “Qəbələ”yə keçidimlə bir daha sübut olundu ki, futbol həyatında hər an hər şey ola bilər”.

 Cavadov yanvarda yenidən “Xəzər Lənkəran”a qayıdacağını əlavə edib: “Qəbələ”yə keçməyimdə bu komandanın Avropa Liqasının qrup mərhələsinə düşməsinin böyük rolu oldu. Yəqin onlar da məni bunun üçün alıblar. Ancaq yanvarda “Qəbələ” ilə anlaşmam bitəcək və yenidən “Xəzər Lənkəran”a qayıdacam. Karyeramı harda davam etdirəcəyim isə ondan sonra klublar arasında aparılacaq danışıqlardan asılı olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right