Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura start veriləcək.
Newsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.
Turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Son turlarda uğursuz çıxışı ilə gündəmdə olan sumqayıtlıların Tovuz səfərində nəyə nail olacağı maraqla gözlənilir.
Bu turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” matçları sabah, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları isə aprelin 2-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXVIII tur
31 mart
“Turan Tovuz” – “Sumqayıt” 2:3
Qollar: Qollar: Natan Oduva, 7 (1:0), Kamran Əliyev, 11 (1:1), Runi Eva, 33 (2:1), Dieqo Karioka, 58-pen.(2:2), Kamran Əliyev, 68 (2:3)
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Tovuz şəhər stadionu, 15:30.