“Nyukasl”ın futbolçusu: “Azərbaycan millisi üzərində qələbə gözlənilən idi”

“Azərbaycan millisi üzərində qələbə gözlənilən idi”.

Newsport.az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Aleksandr İsak Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

İngiltərənin “Nyukasl” klubunun hücumçusu qrupda ilk xalları qazanmağın vacibliyindən bəhs edib. 23 yaşlı forvard bunun klub karyerasına da müsbət təsir göstərəcəyini düşünür: “Belçikaya məğlubiyyətdən (0:3) sonra komandanın özünəinamı qaytarması baxımından Azərbaycan üzərində vacib qələbə qazandıq. Qol vurmaq üçün bir neçə şansım oldu. Fikrimcə, daha yaxşısını edə bilərdim. İstənilən halda, hamımız klubumuza yüksək əhvali-ruhiyyədə qoşulduq. Qarşıdakı oyunlarda bunun təsirini hiss edəcəyik”.

Qeyd edək ki, Aleksandr İsak Azərbaycan yığması ilə qarşılaşmada 70 dəqiqə meydanda olsa da, qol vura bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right