"Qalatasaray"ın prezidenti: "Bakıdakı oyunla qardaşlığımızın daha bir nümunəsini göstərdik"

"Ötən həftəsonu Bakıda dostluq oyunu keçirdik. Bu matçla Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik".

Newsport.az-ın məlumatına görə, bunu Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek Bakı Olimpiya Stadionunda "Qarabağ"la keçirdikləri xeyriyyə oyunu barədə danışarkən deyib.

Funksioner Azərbaycanda böyük diqqət gördüklərini bildirib: "Buradan azərbaycanlı qardaşlarıma, dövlət başçısı İlham Əliyevə və "Qarabağ"ın prezidenti Tahir Gözələ salamlarımı göndərirəm. Bizi çox yaxşı qarşıladılar".

Qeyd edək ki, "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan əldə olunmuş bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right