Mahir Emrelinin son durumu

"Konyaspor"da icarə əsasında çıxış edən millimizin üzvü Mahir Emrelinin müalicəsi davam edir.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun Türkiyə Superliqasının 28-ci turunda "Ümraniyespor"la matç üçün iştirak ərizəsində yer alacağı bildirilib.

Qeyd edək ki, apelin 2-i keçiriləcək "Ümraniyespor" - "Konyaspor" görüşü Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Xatırladaq ki, M.Emreli Türkiyə Superliqasının 26-cı turunda "Qalatasaray"la oyunda (2:1) yüngül zədə alıb. Bu səbəbindən o, millimizin Avro-2024-də Avstriya və İsveçlə matçlar üçün heyətindən çıxarılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right