Ən çox vərəqə göstərilən çempionatlar Azərbaycan Premyer Liqası neçəncidir?

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən çox vərəqə göstərilən futbol çempionatların siyahısını dərc edib.

Newsport.az CIES-in saytına istinadən xəbər verir ki, ümumilikdə 77 turnirin yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 26-cı pillədə qərarlaşıb.

2020-ci ilin yanvarından 1-dən 2023-cü ilin martın 20-dək olan müddətdə çempionatımızda keçirilən 383 matçda ortalama 5.08 vərəqə verilib. Bunlardan 4.81-i sarı, 0.27-si qırmızı olub.

Siyahıya Boliviya (7.01) başçılıq edir. Sözügedən çempionatda keçirilən 800 oyunda orta hesabla 6.46 sarı, 0.55 qırmızı vərəqə göstərilib. İspaniya 2-ci liqası 2-ci (5.31, 5.00 sarı vərəqə, 0.31 qırmızı vərəqə), Paravayın yüksək liqası 3-cü (5.23, 4.78 sarı vərəqə, 0.45 qırmızı vərəqə) yerdə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right