"Turan Tovuz" və "Sumqayıt"ın legionerləri Liberiyada qarşılaşdı

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin matçları davam edir.

Newsport.az xəbər verir ki, CAR millis 4-cü tur çərçivəsində Liberiyanın qonağı olub. Liberiyalılar evdə rəqibinə 2:1 qalib gəlib. 

"Turan Tovuz"un müdafiəçisi Siyanda Xulu CAR-ın heyətində bu görüşdə də 90 dəqiqə meydanda olub. 

Liberiya millisinin üzvü, "Sumqayıt"ın futbolçusu Terrens Tisdell isə meydana start heyətində çıxsa da, fasilədən sonra əvəzlənib.

Ötən həftdə komandalar arasında keçirilmiş görüş 2:2 hesabı ilə başa çatmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right