Eddi İsrafilovun sağlamlıq durumuna aydınlıq gəldi

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də keçirilmiş Avstriya – Azərbaycan matçında zədələnmiş “Neftçi”nin futbolçusu Eddi İsrafilov klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Newsport.az xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib:

“Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra Eddi İsrafilovun sağ dizinin medial bağında birinci dərəcəli gərilmə var. Müalicəyə başlamışıq. Planlaşdırırıq ki, 10-14 günlük müalicə və fərdi hərəkətlərdən sonra komanda ilə məşqlərə başlaya biləcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right