Millimizin “Mançester Yunayted”ə vurduğu zərbə

“Mançester Yunayted”in futbolçuları Marsel Sabitzer və Viktor Lindelöf düşərgəyə zədəli qayıdır. Newsport.az xəbər verir ki, hər iki oyunçu milli komandasının heyətində xəsarət alıb.
 
Maraqlıdı ki, həm Sabitzer, həm də Lindelöf AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla görüşdə sıradan çıxıb. Avstriyanın yığmamıza 4:1 hesabı ilə qalib gəldiyi matçda yarımmüdafiəçi Sabitzer, İsveçin 5:0 hesablı qələbə qazandığı qarşılaşmada isə müdafiəçi Lindelöf zədələnib.
 
Adıçəkilən oyunçuların durumuna klubun həkiminin müayinəsindən sonra aydınlıq gələcək. İlkin rəyə əsasən, futbolçuların vəziyyəti o qədər də qorxulu deyil.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right