“Azərbaycanla oyunda hücum futbolu sərgiləyəcəyik”

Estoniya yığmasının baş məşqçisi Tomas Heberli AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Newsport.az xəbər verir ki, İsveçrədən olan 48 yaşlı mütəxəssis səfərdən xalla dönə bilmədikləri üçün məyus olduqlarını bildirib:

“Əlbəttə, Avstriyaya məğlub olduğumuz üçün çox üzüldük. Çünki belə bir döyüşü, mübarizəni uduzduq. Amma bu nəticəni qəbul etməkdən başqa çıxış yolumuz qalmayıb. Avstriya ilə oyun göstərdi ki, biz yüksək səviyyəli rəqiblərlə mübarizə apara bilərik. Cəsarətli oynadıq və şanslar yaratdıq. Qarşılaşma 90 dəqiqə yox, 85 dəqiqə davam etsəydi, indi müsbət nəticə əldə etməyimizdən danışırdıq. Biz risk etməkdən qorxmadıq, avstriyalılar da sonda risk etməli oldular. Kifayət qədər güclü olduğumuzu sübut etdik”.

Estonların çalışdırıcısı iyunun 17-də növbəti tur çərçivəsində üz-üzə gələcəkləri Azərbaycan millisi ilə qarşılaşmadan gözləntilərini də bölüşüb:

“Növbəti matçda Azərbaycana qarşı bundan da yaxşı oyun göstərə bilərik. Fərqli oyun olacaq, biz daha çox topa sahib olub əks-hücum yox, hücum futbolu nümayiş etdirə biləcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right