Qadın millimiz Monteneqroya qarşı

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, yığma Bosniya və Herseqovinada Monteneqro ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Qrupun digər görüşündə Qazaxıstan Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Azərbaycan yığması bundan əvvəl Qazaxıstanı məğlub edib (2:0), Bosniya və Herseqvoinaya isə uduzub (0:2). 

Avropa çempionatı, seçmə mərhələ, 3-cü tur

28 mart

16:00 Monteneqro - Azərbaycan

Baş hakim: Elena Gobjila (Moldova)

16:00. Qazaxıstan - Bosniya və Herseqovina

Xallar: Bosniya və Herseqovina - 6, Monteneqro - 3, Azərbaycan - 3, Qazaxıstan - 0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right