“Qarabağ”ın futbolçusu “Mançester Siti”nin müdafiəçisi ilə müqayisə edilib

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Belçikada İngiltərə klubu “Mançester Siti”nin müdafiəçisi Serxio Qomeslə müqayisə edilib.

Newsport.az-ın “voetbalnieuws” nəşrinə istinadən məlumatına görə, yerli “Anderlext” klubu sol cinah müdafiəçisini mövsümün sonunda transfer etmək qərarını qətiləşdirib.

Qış fasiləsində bir neçə oyunçusu ilə yollarını ayıran Pro Liqa təmsilçisi yayda transferlər üçün yüksək məbləğdə büdcə ayıracaq. Belçikalılar 2022-ci ilin yayında “Mançester Siti”yə satılan sol cinah müdafiəçisi Serxio Qomesə ən layiqli əvəzləyici qismində məhz Cəfərquliyevi görürlər.

23 yaşlı futbolçunun həm klubunda, həm də Azərbaycan millisində müntəzəm çıxış etməsi və sürəti sayəsində sol cinahdan tez-tez hücuma çıxması “Anderlext”in skautlarının diqqətini xüsusi cəlb edib.

Qeyd edək ki, Elvin Cəfərquliyevin “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right