Byazi iki futbolçunu iştirak ərizəsinə salmadı

AVRO-2024-ün seçmə mərhələsinin II turu çərçivəsində bu gün İsveçlə qarşılaşacaq Azərbaycan millisinin “23-lüy”ü müəyyənləşib.
Newsport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi iki oyunçunu iştirak ərizəsinə salmayıb.
 
Eddi İsrafilov zədə səbəbindən millinin düşərgəsini tərk edibsə, müdafiəçi Tellur Mütəllimov və yarımmüdafiəçi Ceyhun Nuriyev italiyalı mütəxəssisin qərarı ilə qarşılaşmanın “23-lüy”ündən kənarda qalıb.
 
Nuriyev üç gün əvvəl Avstriya ilə (1:4) səfər qarşılaşmasının da iştirak ərizəsinə salınmamışdı. Mütəllimov isə həmin matçda ehtiyatda qalmışdı.
 
İsveçlə matça Emil Balayev, Yusif İmanov, Səlahət Ağayev,  Azər Əliyev, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Bəxtiyar Həsənalızadə, Höccət Haqverdi, Azər Salahlı, Toral Bayramov, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Riçard Almeyda, Filip Ozobiç, Elvin Camalov, Aleksey İsayev, Namik Ələsgərov, Özancan Kökçu, Ramil Şeydayev, Rüstəm Əhmədzadə, Musa Qurbanlı və Renat Dadaşovun adları daxil edilib.
 
Qeyd edək ki, “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right