“Qarabağ” mənim üçün böyük bir macəra idi”

“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli Azərbaycanda keçirdiyi illəri növbəti dəfə xatırlayıb. Newsport.az saytı xəbər verir ki, Polşa mətbuatına müsahibə verən albaniyalı keçmiş müdafiəçi Ağdam klubu ilə Çempionlar Liqası həyəcanı yaşadığını bildirib.
 
O, 2019-cu ildə “Qarabağ”dan ayrılaraq, ABŞ klubu “Nyu-York Kosmos”a keçmə səbəbini də izah edib:
 
“Amerikaya getmək böyük təcrübə idi. Azərbaycanda uğurlu mövsümlər keçirdim. On ilə yaxın orada oynadım. Sıfırdan başladıq və addım-addım Çempionlar Liqasına yüksəldik. “Qarabağ” mənim üçün böyük bir macəra idi. Amma zaman keçdikcə yaşıma görə karyeramın son iki ilini Nyu-Yorkda keçirmək istəyirdim. Maraqlı tarixə malik “Nyu-York Kosmos”da oynamaq xoş idi. Fikrimcə, ora getməyim düzgün qərar idi”.
 
Qeyd edək ki, Ansi Aqolli 2010-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right