“Bakı”nın keçmiş futbolçusu Kokeni 16 ilə qədər həbs cəzası gözləyir.
Newsport.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. O, narkotik maddələrin alınması və yayılması ilə məşğul olan cinayət qrupu yaratmaqda ittihamı olunur. İş üzrə məhkəmə bu gün Malaqada başlayacaq.
Açılmış cinayət işində futbolçunun qardaşı da daxil olmaqla 17 nəfər iştirak edir.
Əsl adı Serxio Kontreras Pardo olan futbolçu ilk dəfə 2019-cu ildə narkotik alverində iştirakına görə həbs edilib. Buna görə o, bir il səkkiz ay həbs cəzası çəkib və 2021-ci ilin iyulunda şərti azadlığa buraxılıb.
Qeyd edək ki, 2012-ci ilin fevralından iyununa qədər “Bakı"da oynayan Koke “Malaqa”, “Marsel”, “Sportinq”, “Rayo Valyekano” kimi klublarda da çıxış edib.