Bəhlul Mustafazadə: "İnkişaf etdiyimizi düşünürəm"

Milli komandamızın futbolçusu Bəhlul Mustafazadə Avro-2024-ün seçmə mərhələsinin İsveçlə matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi komandanın inkişaf etditini deyib:

“Düşünürəm ki, iqlim dəyişikliyi bizim üçün heç bir problem yaratmamalıdır. Biz futbolçular tez-tez bu cür halla qarşılaşırıq. İlk oyundakı oyunumuza gəlincə, buraxdığımız qollarda bütün müdafiə xəttinin səhvi vardı. Əslində oyuna yaxşı başlamışdıq. Elə səhvlər oldu ki, şəxsən mən sığortalaya bilərdim, amma bacarmadım. Sabahkı oyunda eyni səhvləri təkrarlamamalıyıq.

Hamımız yaxşı nəticələr üçün mübarizə aparırıq. İnkişaf etdiyimizi düşünürəm. Çünki daha rahat oynamağa və qələbələr qazanmağa başlamışıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right