Əvvəlcə Kovaç, sonra Prosineçki

Avro-2016-nın seçmə mərhələsində sentyabrın 3-də "Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçdan 1 gün qabaq əvvəlcə qonaqların baş məşqçisi Niko Kovaç jurnalistlərin önünə çıxacaq.
 
Onun mətbuat konfransından sonra Xorvatiya yığmasının açıq məşqi olacaq.
 
20:30-da isə Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki mətbuat konfransı keçirəcək. Yarım saat sonra isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq.
 
Hər iki mətbuat konfransı və mətbuat üçün açıq məşq "Bakcell Arena”da keçiriləcək
 
 
Xorvatiya milli komandası
 
2 sentyabr
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan milli komandası
 
2 sentyabr
Saat 20:30. Mətbuat konfransı
Saat 21:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq.

affa.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right