Tahir Gözəl və Dursun Özbək görüşdü Foto

Bu gün "Qarabağ"ın prezidenti Tahir Gözəl "Qalatasaray"ın prezidenti Dursun Özbəklə görüşüb.

Newsport.az-ın məlumatına görə, görüş "Qalatasaray"ın Bakıda qaldığı oteldə baş tutub. Klub rəhbərləri komandalar arasında bu gün keçiriləcək xeyriyyə matçının əhəmiyyətini qeyd ediblər.

44 günlük Vətən Müharibəsinin qaziləri də klub prezidentləri ilə görüşüb, onlarla şəkil çəkdiriblər. 

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - “Qalatasaray” matçı bu gün saat 20:00-da başlanacaq. Oyundan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə ayrılacaq.


 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right