"AVRO 2016”nın seçmə mərhələsindəki oyunlara görə, Topaz Premyer Liqasında yaranan fasilədən maksimum yararlanmağa çalışan "İnter” Gürcüstana yollanıb.
Newsport.az-ın məlumatına görə, "bankirlər” sentyabrın 6-a qədər qonşu ölkədə təlim-məşq toplanışı keçəcək.
Əldə etdiyimiz bilgiyə görə, toplanış çərçivəsində 1 oyunun keçirilməsi nəzərdə tutulub. Amma rəqibin adına tam aydınlıq gəlməyib.
Qeyd edək ki, "İnter” Topaz Premyer Liqasının IV turunda "Qəbələ” ilə qarşılaşacaq.