"Xəzər Lənkəran" 6 əskiklə davam edir

Milli komandaların qarşıdakı seçmə mərhələdə keçirəcəyi oyunlarla bağlı Premyer Liqada verilən fasilə müddətində "Xəzər Lənkəran”  hazırlığını Lənkəranda davam etdirir.  

Newsport.az-ın məlumatına görə, komanda son dörd  günü gün ərzində iki məşq olmaqla hazırlığını Lənkərandakı bazasında keçirir. Məşqlərdə milli komandaların düşərgəsinə çağrılan Rahid Əmirquliyev, Ruslan Abışov, Vüqar Nadirov, Elnur Cəfərov və U-21 millimizə dəvət alan İlyas Səfərzadə ilə Orxan Əliyev iştirak etmir. Sabah bir məşqlə hazırlığı tamamlayan komanda sentyabr ayının 2-də əvəzedici heyətlə yoxlama xarakterli oyun keçirərək fasilə müddətindəki hazırlığın ilk mərhələsini yekunlaşdıracaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right