“Neftçi”nin futbolçusu Eddi İsrafilov Azərbaycan millisinin düşərgəsindən ayrılacaq.
Newsport.az-ın məlumatına görə, buna səbəb 30 yaşlı yarımmüdafiəçinin səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzduqları AÇ-2024-ün seçmə mərhələ görüşündə zədələnməsidir.
Matçın gedişində sıradan çıxan futbolçu Solnada İsveç yığmasına qarşı keçiriləcək qarşılaşmanı buraxacaq.
İsveç – Azərbaycan oyunu martın 27-də “Frends Arena”da keçiriləcək.