Azərbaycan millisinin üzvü "Qəbələ"də qala bilər

"Qəbələ" Azərbaycan milli komandasının da qapısını qoruyan Səlahət Ağayevlə yollarını ayırmaq istəmir.

Newsport.az-ın məlumatına görə, bölgə təmsilçisi 32 qapıçı ilə müqavilə müddətini artırmaq niyyətindədir.

Bunun üçün isə onunla danışıq aparılacaq.

Əlavə edək ki, təcrübəli qapıçının "Qəbələ" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

O, “İnter”(indiki “Şamaxı”), MOİK, “Sumqayıt”, “Neftçi”, Sabah” klublarının qapısını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right