"Qarabağ"ın sabiq legioneri Bakıya gəldi FOTOLAR

"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli Bakıya gəlib.

Newsport.az-ın məlumatına görə, albaniyalı sabiq müdafiəçi klubun bazasını ziyarət edib. Aqolli həmçinin Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev və komandada çıxış edən həmyerlisi Redon Cica ilə görüşüb.

Qeyd edək ki, Ansi Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 295 matçda 5 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right