“Qarabağ” - “Qalatasaray” matçına gedəcək azarkeşlərə müraciət olundu

Bakı Nəqliyyat Agentliyi azarkeşlərə müraciət edib.

Newsport.az-ın məlumatına görə, bu haqda Agentliyin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, martın 26-da “Qarabağ” və “Qalatasaray” futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınması məqsədilə “Qara Qarayev” metrostansiyası və Səməd Vurğun bağını (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib.

Ekspres xətt üzrə avtobuslarla azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması saat 18:00-dan başlayaraq icra ediləcək.

Bildirilib ki, ekspres xətt üzrə sonuncu avtobus 19:30-da "28 May" m/s-dan, 19:45-də "Qara Qarayev" m/s-dan Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalına hərəkət edəcək:

“Oyun bitdikdən sonra azarkeşlərin stadionun İctimai Nəqliyyat Terminalından "Qara Qarayev" m/s və "28 May" m/s (Səməd Vurğun bağı) istiqamətində daşınması həyata keçiriləcək. Azarkeşlərdən xahiş edirik ki, oyun bitdikdən sonra İctimai Nəqliyyat Terminalına getmək üçün şimal piyada körpü keçid məntəqəsi istiqamətində hərəkət etsinlər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right