Azərbaycan millisinin oyununun baş hakimi açıqlandı Qadın olacaq

Avro-2024-ün seçmə mərhələsinin İsveç - Azərbaycan matçının hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, təyinat barədə məlumat UEFA-nın saytında yer alıb. Görüşün baş hakimi Fransa Futbol Federasiyasından qadın referi Stefani Frappar olacaq. Ona Mikael Berşebryü, Matye Qrobost və Bastyen Deşpi (dördüncü hakim) kömək edəcəklər.

Xatırladaq ki, Avro-2024-ün 2-ci turunun İsveç - Azərbaycan matçı martın 27-i, Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right