Qurban Qurbanov “Qarabağ”a 4 oyunçu dəvət etdi

"Qarabağ"ın 10 futbolçusu milli komandalara dəvət aldığından "Qalatasaray"la keçiriləcək xeyriyyə matçı üçün Ağdam təmsilçisinə "Zirə" və "Şamaxı"dan 4 futbolçu cəlb olunub.

Newsport.az-ın məlumatına görəbu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, "Zirə"dən qapıçı Anar Nəzirov və haitili müdafiəçi Donald Gerye, "Şamaxı"dan isə müdafiəçilər Rauf Hüseynli ilə Nihad Quliyev komandaya cəlb olunub.

Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right