Qurban Qurbanov jurnalistlərin qarşısına çıxacaq

Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın matçdan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulub.

Newsport.az-ın məlumatına görə, martın 25-də saat 16:45-də Bakı Olimpiya Stadionunda Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Saat 17:00-da isə “Qarabağ”ın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right