Emin Mahmudov: "Avstriyanın üstün cəhətlərini bilirik"

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsinin Avstriya ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:

"Əlbəttə ki, oyuna hazırıq. Rəqibi təhlil etmişik. Avstriyanın üstün cəhətlərini bilirik. Biz öz oyunumuzu göstərməyə çalışacağıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Avstriya millisi komanda olaraq çox sıx oynayır, yaxşı pressinq edirlər. Məşqçiləri bunu tələb edir. Ranqnikin əvvəlki komandalarının matçlarıını izləmişəm. Biz hansısa oyunçunun yox, komanda olaraq onların oynamasına imkan verməməliyik. Özümüzü daha yaxşı tərəfdən göstərməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right