"Qarabağ" - "Qalatasaray" matçını Türkiyədə bu kanal yayımlayacaq

"Qarabağ"la "Qalatasaray" arasında baş tutacaq xeyriyyə matçını Türkiyədə canlı yayımlayacaq telekanal müəyyənləşib.

Newsport.az xəbər verir ki, qarşılaşma "Haber Global" televiziyası vasitəsilə tamaşaçılara təqdim olunacaq. Bu barədə kanalın feysbuk səhifəsi məlumat yayıb. Görüşü Azərbaycanda isə "CBC Sport" yayımlayacaq.

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" matçı 26 mart tarixinda saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right