Zədə səbəbindən milli komandamızın heyətindən kənarlaşdırılan Mahir Emrelinin durumu bəlli olub.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı hücumçunun qasıq nahiyəsində zədə aşkarlanıb. Mahir bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək. O, Türkiyə Super Liqasının növbəti turunun "Ümraniyespor"la matçına hazır olacaq.
Qeyd edək ki, Mahir Emreli Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oyunlarında iştirak etməyəcək.