Elmar Baxşıyev: "Hədəfimizə çatmaq üçün daha da inkişaf etməliyik"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 27-ci turunda doğma meydanda "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Dinamik oyun alındı. "Şamaxı" yaxşı işlər görür. Cavid Hüseynovla Vüqar Əsgərliyə alqış düşür. Öz komandama gəlincə, futbolçular istədiyimi meydanda etməyə çalışdırlar. Daim topa nəzarət etmək və hücumda çoxalmaq istəyirdik. Bunu da meydanda gördük. Hədəfimizə çatmaq üçün daha da inkişaf etməliyik.

- Əyyub Allaşın oyununu necə dəyərləndirirsiz?

- Universal futbolçudur. 3 mövqedə oynaya bilir. Qollar vurmağı xoşdur. Komandanın oyun üslubunu yavaş-yavaş anlayır. Qarşıdakı matçlarda daha da yaxşı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right