"Həm Azərbaycana, həm də Polşaya qarşı iki vacib oyunumuz var".
Newsport.az xəbər verir ki, bunu Albaniyanın U-21 millisinin baş məşqçisi Alban Buşi yoldaşlıq matçları ilə bağlı mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis Azərbaycan və Polşanın rəsmi matçlarda üz-üzə gələcəkləri rəqiblərə bənzədiyini bildirib: "Düşünürəm ki, bu iki görüşün bizə çox köməyi dəyəcək. Xoşbəxtlikdən zədəli futbolçularımız yoxdur. Ümid edirəm ki, mövsümün sonunadək onlardan 90 faizi hazır olacaq. Hazırda bizdə olan 2002-2003 təvəllüdlü oyunçulara çox inanıram. Heyətdə 2004-cü il təvəllüdlülər də var. Çünki növbəti mövsümləri də düşünürük. Onlar gələcəkdə əsas yığmada iştirak edəcəklər".
Albaniyalı baş məşqçi yoldaşlıq qarşılaşmalarının komanda və futbolçular üçün faydalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi martın 20-dən 27-dək Türkiyədə təlim-məşq toplanışında olacaq. Komanda martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə yoldaşlıq matçı keçirəcək.