İsveç millisinin çalışdırıcısı: "Azərbaycanla matçda ehtiyac yaransa, İbrahimoviç meydana çıxacaq"

İsveç millisinin baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə oyun üçün çağırılan "Milan"ın hücumçusu Zlatan İbrahimoviçi ehtiyat oyunçu hesab edir.

Newsport.az "Svenskfotboll"a istinadən xəbər verir ki, yığmanın çalışdırıcısı məsələ haqda bu cür danışıb:

"42 yaşlı hücumçunu əsas oyunçu kimi görmürəm. Amma “Milan”da olduğu kimi, millidə də Belçika və Azərbaycanla görüşdə ehtiyac yaransa, İbrahimoviç əvəzetmədən meydana çıxacaq".

İsveç - Azərbaycan matçı martın 27-də Solna şəhərindəki "Friends Arena" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right