"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli özünün sosial şəbəkə hesabında Ağdam təmsilçisi ilə bağlı paylaşım edib.
Newsport.az xəbər verir ki, o, 4 il əvvəl bu gün "Qarabağ"la son oyununu keçirdiyini xatırladıb və həmin andan şəklini paylaşıb.
Hazırda ABŞ-da futbol akademiyasına rəhbərlik edən albaniyalı keçmiş futbolçu paylaşımını Azərbaycan dilində yazıb:
“Qarabağ”la son oyunumu keçirməyimdən artıq 4 il keçir. Bu böyük kluba verdiyim töhfəyə görə qürur və təvazökar hiss edirəm və hələ də keçmiş komanda yoldaşlarım, məşqçilərim, klub üzvlərim və komanda yoldaşlarımdan hər gün sevgi və təşəkkürlər alıram. Sevimli "Qarabağ" azarkeşləri mənə hər gün yazırlar.
Mənə bəxş etdikləri bütün gözəl xatirələrə, qiymətə və sevgiyə görə hər kəsə təşəkkür etmək istəyirəm, unutmamışam və heç vaxt unutmayacağım.
Mən səni sevirəm "Qarabağ".
Qeyd edək ki, Ansi Aqolli 2012-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, Ağdam təmsilçisi ilə son oyununu 2019-cu ilin bu günündə Misli Premyer Liqasının 21-ci turunda "Səbail"ə qarşı keçirmişdi.
