Azərbaycan Premyer Liqasında 27-ci tur davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün daha iki görüş keçirilib. "Turan Tovuz" "Səbail"in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.
Günün digər oyununda "Neftçi" "Kəpəz"i qəbul edib. Matçda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2.
16 mart (cümə axşamı)
19:00. “Neftçi” – “Kəpəz” - 2:2
Qollar: Yusif Nəbiyev, 57 (0:1), Emin Mahmudov, 65 (1:1), Eddi İsrafilov, 71 (2:1), Salif Sisse, 73 (2:2)
Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov
“Bakcell Arena
16:00. “Səbail” – “Turan Tovuz” - 1:1
Qollar: David Qomis, 28 (1:0), Turan Vəlizadə, 45 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“ASCO Arena”
17 mart (cümə)
17:00. “Qəbələ” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev
Qəbələ şəhər stadionu
15 mart (çərşənbə)
“Zirə” – “Sabah” - 0:2
“Sumqayıt” – “Qarabağ” - 0:6
Bombardirlər:
Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Ramil Şeydayev ("Qarabağ") - 17 qol
Coy Lens Mikels ("Sabah") - 14 qol
Emin Mahmudov ("Neftçi") - 13 qol
Aleksey Kaşuk ("Sabah") - 11 qol