"Azərbaycana qalib gələcəyimizi gözləyirik" Ranqnik

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya millisi ilə kirəcəkləri oyundan danışıb.

Newsport.az xəbər verir ki, almaniyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında deyib:

"Turnirə mümkün qədər uğurlu başlamaq çox vacibdir. Azərbaycan və Estoniya çətin rəqiblərdir. Əsl ev oyunu göstərməliyik. Qələbə qazanmaq istəyirik. Hər iki oyunda bunu bacaracağımızı gözləyirik. Amma bunlar adi ötürmələrlə qalib gələ biləcəyimiz rəqiblər deyil. Azərbaycanı məğlub etmək üçün ən yaxşı formada çıxış etməliyik. Eyni sözlər Estoniya ilə matç üçün də keçərlidir".

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right