Mahir Emreli: "Qalatasaray"ın qələbə seriyasına son qoymaq istəyirik"

"Ümid edirəm ki, "Qalatasaray"ın 14 oyunluq qələbə seriyasını Konyada dayandıracağıq".

Newsport.az xəbər verir ki, bunu "Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray"a qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.

26 yaşlı hücumçu görüşə taktiki məşqlərlə hazırlaşdıqlarını bildirib: "Artıq qarşılaşmaya köklənmişik. Rəqibimizi tanıyırıq. Çempionatda birinci pillədə qərarlaşıblar. Yaxşı qələbə seriyaları var, amma biz buna son qoya bilərik".

Qeyd edək ki, martın 17-də oynanılacaq "Konyaspor" - "Qalatasaray" qarşılaşması saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right