“Qarabağ” – “Qalatasaray” matçının biletləri sabahdan satışa çıxarılacaq

“Qarabağ”  və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Newsport.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Bildirilir ki, biletlər sabah saat 11:00-dan başlayaraq kassalarda olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Iticket.az-ın satış məntəqələri;

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

 

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right