“Sumqayıt” futbolçusu ilə müqaviləni yenilədi

“Sumqayıt” futbolçusu Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib. Newsport.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Bildirilib ki, 22 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb.
 
Səbuhi Abdullazadə məhz “Sumqayıt” akademiyasının yetirməsidi. O, 15 yaşı olarkən 2017-18 mövsümündə Premyer Liqada debüt edib. Abdullazadə çempionatda ümumilikdə 79 oyun keçirib, aktivinə 1 qol yazdırıb
 
Qeyd edək ki, gənc yarımmüdafiəçi aşağı yaş qrupu üzrə bütün yığmalarda çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right