Britaniya səfiri mesaj göndərdi "Qarabağ" belə cavab verdi

"Qarabag" Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun komandaya üzv kimi qəbul edilməsi təklifinə zarafatla cavab verib.

Newsport.az xəbər verir ki, Ağdam klubu bununla bağlı Tvitter hesabında paylaşım edib. Paylaşımda qeyd edilib: "Böyük məmnuniyyətlə! Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq. Bizim üçün şərəf olar".

Qeyd edək ki, Fergus Auld Tvitterdəki hesabında səfirliyin əməkdaşlarının futbol oyununun fotolarını paylaşıb və yazıb: "Bu gün səfirliyin əməkdaşları ilə futbol oynadıq. Həm işdən ayrılan əməkdaşlarımız ilə sağollaşdıq, həm də həyatımıza idman qatdıq. "Qarabağ" Futbol Klubu, bizi üzv kimi qəbul edərsiniz?"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right