“Ximki” uduzdu, azərbaycanlı futbolçulardan biri oynadı

Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular - İlya Sadıqov və Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Zenit”lə qarşılaşıb və 2:3 hesablı məğlubiyyətə üzülüb. Sadıqov bu matçın 75-ci dəqiqəsində meydana buraxılıb. Baş məşqçi Spartak Qoqniyevlə ciddi problemləri olan Quliyevin adı isə oyunun iştirak ərizəsinə də daxil edilməyib.
 
“Ximki” 19 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right