“Qəbələ” – ən çox geriləyən komanda

Azərbaycan Premyer Liqasında geridə qalan 26 tur bir çox suallara aydınlıq gətirib. Çempionluq uğrunda mübarizənin taleyinin böyük ölçüdə aydınlaşdığı aşkar görünür. Rəqiblərində 9 xallıq məsafədə olan “Qarabağ” mövsümü məğlubiyyətsiz davam etdirir. Qeyri-adi nələrsə olmasa, ağdamlılar qızıl medalların taleyinə hətta vaxtından əvvəl aydınlıq gətirəcək.

“Sabah”la “Neftçi”nin ilk “üçlüy”ü tərk etməyəcəyi və avrokuboklara vəsiqə qazanacağı da aydındır. 4-cü yer uğrunda mübarizə aparan “Zirə”ylə bu komandalardan 18 xal geridədir. Hazırda əsas mübarizə sonuncu pilləni tutmamaq uğrunda gedir və autsayderlərin mübarizəsi daha maraqlıdır.

Maraqlıdır ki, turnir cədvəlindəki indiki şəkillənmə daha çox ilk iki dövrənin məhsuludur. Qışdan sonra komandaların nəticələrində bəzi fərqlər var. Fasilə dönəmindən düzgün yararlanmayanların nəticələri pisləşib. 3-cü dövrənin ilk 8 turunu əsas götürsək, “Turan Tovuz” 4-cü pilləyə layiq oyun göstərib, “Qəbələ” isə geriləməkdədir. Elmar Baxşıyevin yetirmələri hazırda 5-ci yerdədisə, buna görə ilk iki dövrədəki nəticələrə minnətdar olmalıdır. Nəinki tovuzlular, “Kəpəz”lə “Sumqayıt” da bölgə təmsilçisindən daha uğurlu çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right