Milli ilk oyunda heç-heçəyə razılaşdı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Newsport.az xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

Millinin qolunu qarşılaşmanın 81-ci dəqiqəsində Hüseynli Fatiməyi-Zəhra vurub. Bu komandalar arasında növbəti oyun martın 13-də keçiriləcək
.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right