"Şeydayevin "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlər şayiədir"

"Neftçi"nin idman direktoru Zaur Əzizov klubun televiziya kanalına açıqlama verib.
 
Newsport.az xəbər verir ki, klub rəsmisi son günlərdə "Qarabağ" və millimizin üzvü Ramil Şeydayevin "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
 
"Ramil Şeydayevin "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlər şayiədir. Sözsüz ki, milli komandamızın üzvlərini heyətimizdə daha çox görmək istəyirik. Söhbət "Neftçi"dən gedirsə, burada ən yaxşılar olmalıdır. Ramillə bağlı hanssı addım atılmayıb, komanda daxilində düşünülməyib. Heç bir məsələ yoxdur. Düşündüyümüz adlar var. Amma Ramillə bağlı hansısa addım yoxdur".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right