“Komanda bir oyunçudan asılı olmalı deyil” Eddi İsrafilov

“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov komandasının hazırlığını dəyərləndirib. Newsport.az xəbər verir ki, millimizin üzvü “Neftçi TV”yə açıqlamasında son durumla bağlı məlumat verib:
 
“Hazırlıq yaxşı gedir, hər şey öz qaydasındadı. Yüz faizlik formamı bərpa etmək üçün daha çox oynamalı, məşqlərdə iştirak etməli və artırmalıyam. Yavaş-yavaş formamı bərpa etdiyimi hiss edirəm. Ümumiyyətlə, komanda bir oyunçudan asılı olmalı deyil. Kollektiv mübarizə sayəsində növbəti görüşlərdə də uğurlu nəticələr qazanmaq istəyirik”.
 
Qeyd edək ki, “Neftçi” martın 12-də Premyer Liqanın 26-cı turu çərçivəsində “Şamaxı”nın qonağı olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right