"Qarabağ" dünya reytinqində daha 7 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
 
Newsport.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 307 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
 
149 xala malik "köhlən atlar" ötən ayla müqayisədə 7 pillə irəliləyərək 62-ci sıradadır. Ölkə çempionu Argentinanın "Talyeres" (Kordoba) klubu ilə eyni xala malikdir.
 
İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 313 xal), "Real Madrid" (İspaniya - 308) və "Palmeyras" (Braziliya - 263) qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right