"Sabah" "Sumqayıt"a qalib gəldi, "Zirə" "Kəpəz"lə bərabərə qaldı Yenilənib

Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçirilib.

Gəncədə "Kəpəz" "Zirə"ni qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 38-ci dəqiqədə Fərid Nəbiyev meydan sahiblərini hesabda önə çıxarsa da, 82-ci dəqiqədə Hamidu Keyta penalti zərbəsini dəqiq yerinə yetirərək, bərabərliyi təmin edib.

Bu nəticədən sonra "Kəpəz" 21 xalla 8-ci, "Zirə" 37 xalla 4-cü yerdə qalıb.

Bakıda "Sabah" və "Sumqayıt" arasında keçirilmiş matçda isə 3 qol vurulub. Coy Lens Mikels 45-ci, Aleksey Kaşuk 75-ci, Ceyhun Nuriyev 85-ci, Seymur Məmmədov isə 90+2-ci dəqiqədə fərqlənərək, meydan sahiblərinin böyük hesablı qələbəsini təmin edib - 4:0.

Beləliklə, xalını 59-a çatdıran "Sabah" 2-ci pillədə möhkəmlənib. "Sumqayıt" isə 21 xalla 7-ci mövqedə qalıb.

Qeyd edək ki, martın 11-də "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Səbail", martın 12-də "Şamaxı" - "Neftçi" oyunları keçiriləcək.

15:00. “Kəpəz” – “Zirə” 1:1

Qollar: Fərid Nəbiyev, 38 - Hamidu Keyta, 82-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Gəncə şəhər stadionu

19:00. “Sabah” – “Sumqayıt” - 4:0

Qollar: Coy Lens Mikels, 45. Aleksey Kaşuk, 75. Ceyhun Nuriyev, 85. Seymur Məmmədov, 90+2
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right