"Qarabağ"a qalib gələ bilirsənsə, fəxr etməlisən" Heyn Vanhazebruk

Belçika "Gent"inin baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının 1/8 finalında "Başakşehir"lə oyun öncəsi fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, o, turnirin pley-off mərhələsində qarşılaşdıqları "Qarabağ"da haqda da danışıb: "Biz "Qarabağ"ı mübarizədən kənarlaşdırdıq. "Başakşehir" bu mövsüm qarşılaşdığımız ən yaxşı komanda ola bilər, amma "Qarabağ"ı da qiymətləndirməliyik. Onlar Çempionlar Liqasının ilkin mərhələsində üç çempionu turnirdən kənarlaşdırdılar. Əslində onlar Avropa Liqasının qrup mərhələsini 2-ci pillədə bitirməyə layiq idilər. Ancaq "Frayburq"la görüşdə üstünlüklərini əldən verdilər. "Qarabağ"a qalib gələ bilirsənsə, fəxr etməlisən".

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk oyun "Qarabağ"ın, Gentdəki cavab matçının əsas və əlavə vaxtı isə "Gent"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Penaltilər seriyasında "Gent" üstün (5:3) olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right